Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının baş naziri Mixail Mişustinlə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, həmsöhbətlər Ermənistan-Rusiya iqtisadi əməkdaşlığının gündəliyinə və cari proqramlara dair məsələləri müzakirə ediblər.

Danışıq zamanı Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqla bağlı məsələlərə də toxunulub.