Arazdəyəndə inşası dayandırılan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Məlumatda deyilir ki, amerikalı investorların vəsaiti hesabına Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə tikintisi dayandırılan Arazdəyən (Yerasx) metallurgiya zavodu hökumətin bu gün qəbul etdiyi qərara əsasən köçürüləcək.

Zavod Ararat rayonunun Ararat kəndi ərazisində tikiləcək.