Ermənistan Cənubi Kiprdə diplomatik nümayəndəlik açacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cümə axşamı Yerevanda səfərdə olan kiprli həmkarı Konstantinos Kombos ilə birgə mətbuat konfransında bildirib.

İki ölkə arasında münasibətlərin çoxillik isti və qardaşlıq münasibətlərinə və qarşılıqlı anlaşmaya əsaslandığını deyən Ermənistan XİN başçısı hər iki tərəfin zəngin ikitərəfli gündəliyinə sahib olduğunu da qeyd edib. Həmçinin Mirzoyan ərazi bütövlüyü, "Qarabağdan olan erməni qaçqınlar" yardım və 30 erməninin Kiprdə müalicəsinin təşkili də daxil olmaqla, bütün həssas məsələlərdə Ermənistana verdiyi dəstəyə görə Kiprə təşəkkür edib.

Qeyd edilib ki, Kiprdə Ermənistanın diplomatik nümayəndəliyinin açılması yaxın gələcəkdə baş verəcək və erməni-kipr münasibətlərini daha da gücləndirəcək.

Ermənistan XİN rəhbəri əlavə edib: "Bir neçə sənəd, o cümlədən viza rejiminin liberallaşdırılması məsələləri müzakirə edilib".