Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ən həlledici anda respublikanı öz problemləri ilə tək qoyub. 

İqtisadiyyat.az xəbər verir ki, o bu fikri ölkənin İctimai Radiosuna müsahibəsində bildirib.

"Uzun müddət bizim təhlükəsizlik konsepsiyamız belə idi: Ermənistan KTMT-nin üzvüdür, Qarabağ problemi beynəlxalq səviyyədə tanınmış münaqişədir, ona görə də Ermənistan üçün təhlükəsizlik problemi yoxdur, biz diqqəti Qarabağ probleminin həllinə yönəltməliyik. Məlum oldu ki, KTMT nəinki Ermənistanın təhlükəsizliyini təmin etməyib, hətta ən həlledici məqamda, "öz problemlərini özün həll et" deyib. İndi biz çalışmalıyıq ki, mümkün qədər müstəqil şəkildə öz təhlükəsizliyimizi təmin edək", - hökumət başçısı bildirib.