Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan dövlətinə 1,6 milyon avro cərimə kəsib. Novator.az-ın məlumatına görə, qərar Ermənistanın Yuri Vardanyan adlı bir vətəndaşının şikayəti əsasında çıxarılıb.

Paytaxt Yerevanın sakini olan Yuri Vardanyan Ermənistan dövlətini torpaq sahəsi əlindən alındığına görə məhkəməyə verib. 2016-cı il oktyabrın 27-də Avropa Məhkəməsi işin mahiyyəti üzrə qərar çıxararaq Vardanyanın mülkiyyətdən qanunsuz məhrum oluduğunu bəyan edib və onun ədalətli məhkəmə hüququnun pozulmasını tanıyıb. İşə baxış zamanı Yuri Vardanyan 11,4 milyon avro təzminat tələbi irəli sürüb, həmçinin 10,4 milyon avro qiymət qoyduğu torpaq sahəsinin ona qaytarılmasını istəyib.