“44 günlük fəlakətli müharibədə məğlubiyyətdən sonra Ermənistan hökuməti Qarabağdakı erməniləri yeni təhlükələrdən qorumalı idi. Amma biz bunu görmədik".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı Artur Xaçatryan bildirib.

Onun sözlərinə görə, Ermənistanın tarixində yalnız erməni bolşevikləri və “Mülki müqavilə” partiyasının üzvləri qondarma qurumun erməni kimliyinə şübhə ilə yanaşıblar. İndi isə bu sıraya Paşinyan da qoşulub: 

"Nikol Paşinyan Qarabağdakı erməniləri kürəyindən bıçaqladı. O, Samvel Şahramanyanı (qondarma qurumun yeni "seçilən" "prezident"i - red.) Qarabağdakı ermənilərin lideri adlandırdı. Bu gedişlə Paşinyan Azərbaycana güzəştə gedərək S.Şahramanyanı “Qarabağın erməni icmasının” nümayəndəsi adlandırsa, təəccüblənmərəm”, - deputat Artur Xaçatryan qeyd edib.