Türkiyə lirəsinin məzənnəsi aşağı düşüb.

İqtisadiyyat.az-ın trend-ə istinadən məlumatına görə, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın Qolan yüksəkliklərinin İsrailə aid olması barədə qərarını tənqid etdikdən sonra baş verib.

Lirənin dollara nisbətdə məzənnəsi 4% aşağı düşüb və məzənnə bir dollara görə 5,7 lirə təşkil edib. İstanbul BİST birjasının indeksinə görə, fond bazarı 3,5% itirib.