Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan tərəfindən “Zayed Dövləti ordeni” təqdim edilib.

İqtisadiyyat.az xəbər verir ki, iki lider arasında El Vətən sarayında təkbətək və nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdən sonra Əl Nəhyan prezident Ərdoğana “Zayed Dövlət Medalı”nı təqdim edib.

Prezident Ərdoğan nişana görə Əl Nahyana təşəkkür edib.

Əl Nahyan Ərdoğanı Birləşmiş Millətlər Təşkilatının bu il BƏƏ-də keçiriləcək İqlim Dəyişikliyi Konfransına dəvət edib.