"Türkiyə Ukraynada yarımçıq qalmış İstanbul nizamlanma prosesini canlandırmağa hazırdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştə rəsmi səfəri zamanı Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarına dair açıqlamasında bildirib.

"Ukraynada nizamlanma ilə bağlı İstanbulda başlamış və sonralar dayanmış danışıqlar prosesini canlandırmağa hazırıq", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, İstanbul danışıqları 2022-ci ilin martında baş tutub.