Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini kəskin şəkildə pisləyib.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ərdoğan "X"də paylaşım edib. 

Onun sözlərinə görə, Türkiyə ABŞ-ni müttəfiqi kimi dəstəkləməyə davam edəcək.

"ABŞ-nin 45-ci prezidenti və prezidentliyə namizəd cənab Donald Trampın həyatına sui-qəsd cəhdini qətiyyətlə pisləyirəm, cənab Trampa, onun ailəsinə və yaxınlarına ən səmimi arzularımı bildirirəm. ABŞ seçkilərinə və qlobal sabitliyə kölgə salmamaq üçün hücumun günahkarları ən qısa zamanda ədalət qarşısında cavab verəcəklər", - Ərdoğan qeyd edib.