"Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarına çıxarılmasını nəzərdə tutan taxıl sövdələşməsi "tarixə düşdü".

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Putinin Türkiyəyə gözlənilən səfəri zamanı taxıl sazişini müzakirə etmək niyyətindəyik. Türkiyə son ana qədər taxıl müqaviləsini xilas etmək üçün səy göstərdi", - deyə Ərdoğan vurğulayıb.

 

Gözəl Həşimova