"Qəzzadakı böhranın həllində əsas məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə düşür". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştə rəsmi səfəri zamanı Macarıstanın Baş naziri Viktor Orbanla danışıqlarının yekununda bildirib.

O qeyd edib ki, Türkiyə də öz növbəsində problemin diplomatiya yolu ilə həlli üçün səy göstərir. 

"İsrailə düzgün mesajların göndərilməsi və Qəzzadakı münaqişəyə son qoyulması üçün əsas məsuliyyət beynəlxalq ictimaiyyətin üzərinə düşür", - deyə Ərdoğan bildirib.

“Türkiyə böhranın əvvəlindən Qəzzada yanğını tez bir zamanda dayandırmaq və münaqişənin yayılmasının qarşısını almaq üçün fəal diplomatik səylər göstərir", - Türkiyə lideri bildirib.

Ərdoğan yenidən Fələstin probleminin Fələstin dövlətinin müstəqilliyinin tanınması əsasında həllinin tərəfdarı olduğunu bildirib: "Biz əminik ki, paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin yaradılması qaçılmazdır".