Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamed Əl Sani ilə Lüsail sarayında təkbətək və geniş tərkibdə görüşlər keçirib.

İqtisadiyyat.az xəbər verir ki, danışıqlardan əvvəl Ərdoğan Əl Saniyə Türkiyənin ilk milli avtomobili olan Togg hədiyyə edib.

Ərdoğan Əl Saninin sükanı arxasına əyləşdiyi Togg-la təkbətək görüşün keçirildiyi binaya gedib.