Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Qərb Rusiya ilə Çin arasında münasibətlərin inkişafından, eləcə də Ukraynada istənilən nəticələrin əldə edilməməsindən ciddi narahatdır.

İqtisadiyyat.az xəbər verir ki ki, o bu barədə NATO sammitindən qayıdarkən öz jurnalistlərə açıqlamasında bildirib.

"Biz güclülərin hökmran olduğu dünya nizamı ilə qarşı-qarşıyayıq. Məsələn, Rusiya Çinlə həmrəydir. Bu isə Qərbi ciddi şəkildə narahat edir. O, Ukraynaya həm maliyyə, həm maddi, həm də silah və sursat daxil olmaqla hər cür dəstək verir. Bütün bu köməkliklərə baxmayaraq, Qərb ölkələri hələ də Ukraynada gözlədikləri nəticəni əldə edə bilməyiblər. Mövcud güclə digər dünya gücləri ilə rəqabətdə istənilən nəticəni əldə etmək mümkünsüzdür", - deyə Ərdoğan qeyd edib.