"Martın 31-də keçiriləcək bələdiyyə seçkiləri mənim üçün bir final, qanunun verdiyi səlahiyyətlə bu seçki mənim sonuncu seçkim, nəticə məndən sonra gələcək qardaşlarıma əmanətin təhvil verilməsi olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sinan Erdem İdman Salonunda TÜGVA Gənclik Toplantısı öncəsi TÜGVA-nın 81 bölgə nümayəndəsi ilə görüşündə deyib.