"Şiddət zorakılığı doğurdu və bugünkü hadisələrə səbəb oldu. Tarix boyu olduğu kimi, bu gün də külək toxumu əkənlər fırtına biçir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlamasında Fransadakı etirazlardan danışarkən deyib.

"Ümid edirik ki, narahatlıqla qarşıladığımız son hadisələr daha çox qan tökülmədən və zorakılıq böyümədən ən qısa zamanda sona çatacaq", - Ərdoğan bildirib.

“Bu hadisələrin mühacirlərə və müsəlmanlara qarşı yeni təzyiq, təhdid dalğasına səbəb olacağından narahatıq”, - Türkiyə prezidenti əlavə edib.