Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Afrika Respublikasının Prezidenti Matemala Cyril Ramafosa arasında Nyu-Yorkda görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, görüş Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyası çərçivəsində baş tutub.

Görüş zamanı Türkiyə ilə Cənubi Afrika Respublikası arasında ikitərəfli və çoxtərəfli səviyyələrdə mövcud güclü əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar, iki ölkəni maraqlandıran regional və qlobal məsələlər müzakirə edilib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, MİT sədri İbrahim Kalın, Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.