Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək məlumat yayıb.

O, səfər zamanı iki ölkə arasında bəzi müqavilələrin imzalanacağını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə vitse-prezident Cevdet Yılmaz və xəzinə və maliyyə naziri Mehmet Şimşək Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər ediblər.