"Ankara respublikada tikilməkdə olan Akkuyu atom elektrik stansiyası üçün Siemens turbinlərinin təchizatı ilə bağlı problemdən narahatdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsa bildirib. 

"Almaniya ilə problemimiz odur ki, Akkuyu AES-ə gəlməsi nəzərdə tutulan turbinlər Almaniya gömrüyündə gözləyirlər və bu, bizdə ciddi narahatlıq yaratdı və mən bunu Vaşinqtonda görüşümüz zaman Şoltsa xatırlatdım", - Ərdoğan jurnalistlərə açıqlamasında deyib.