"ABŞ Yaxın Şərqdə ədalətli dünya nizamının qurulması üçün tarixi məsuliyyət daşıyır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan qayıtdıqdan sonra jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, bu məsuliyyət Qəzza zolağında müharibəni dayandırmaqdır: "Daha ədalətli dünya qurmaq üçün addımlar atılmalıdır. Hesab edirəm ki, ABŞ-nin bu məsələdə tarixi məsuliyyəti var. Bununla belə, ABŞ indiyə qədər Qəzzada müharibəni dayandırmağa cəhd etməyib”.

 

Gözəl Həşimova