Rusiyanın enerji şirkəti "Qazprom"un bu ilin birinci yarısında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 88% azalaraq 296 milyard rubla (təxminən 3 milyard dollar) enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Hesabat dövründə şirkətin gəliri 4,1 trilyon rubl (təxminən 43 milyard dollar) təşkil edib.

Məlumata görə, rublun dollar qarşısında dəyər itirməsi və Avropanın bir çox ölkəsinin Rusiya qazından imtina etməsi mənfəətin azalmasına səbəb olub.

 

Gözəl Həşimova