"The Chess Journal" nəşri ən çox qazanan şahmatçıların siyahısını hazırlayıb.

İqtisadiyyat.az xəbər verir ki, ilk iki pillədə dünya şahmatının əfsanələri – Anatoli Karpovla Harri Kasparov qərarlaşıb (hərəyə 50 milyon dollar). Norveçli əfsanə Maqnus Karlsenin sərvəti 30 milyon dollar qiymətləndirilir.

4-cü yerdə isə  Teymur Rəcəbov qərarlaşıb. O, indiyə qədər 20 milyon dollar qazanıb.