Dünyada gündəlik 99 milyon 300 min barel neft istehlak edilərək, 2018-ci ildə dünya neft istehlakında tarixi rekord qırılıb. İqtisadiyyat.Az xarici mediaya istinadən bildirir ki, 2019-cu ildə dünya üzrə gündəlik neft istehlakının 100 milyon 800 min barelə çatması gözlənilir.

Qısa və orta müddətə dünya yanacaq istehlakında neftin dominant olduğunu düşünsək, ən çox neft ehtiyatı olan ölkələri bu cür sıralamaq olar. ABŞ Mərkəzi İnformasiya Təşkilatı CIA dünya Factbook sənədlərinə əsasən sıralamanı aşağıdakı kimi qeyd edib.

Ən çox neft ehtiyatına sahib olan ölkələr

1.Venesuela-300 milyard 900 milyon

2.Səudiyyə Ərəbistanı-266 milyard 500 milyon

3.Kanada-169 milyard 700 milyon

4.İran-158 milyard 400 milyon

5.İraq-142 milyard 500 milyon

6.Küveyt-101 milyard 500 milyon

7.BƏƏ-97 milyard 800 milyon

8.Rusiya-80 milyard

9.Liviya-48 milyard 400 milyon

10.Nigeriya-37 milyard 100 milyon

11.ABŞ-36 milyard 500 milyon

12.Qazaxıstan-30 milyard

13.Çin-25 milyard 600 milyon

14.Qətər-25 milyard 200 milyon

15.Braziliya-12 milyard 700 milyon

Venesuela ən böyük ehtiyata malik olmaqla yanaşı, hasilatın baha başa gəlməsi səbəbilə az gəlir əldə edir. Hasilatın ucuz başa gəlməsi əldə olunan gəlirlərə böyük təsir edir. Məsələn, Səudiyyə Ərəbistanında neftin hər barelinin hasilatı 3 dollara başa gəldiyi üçün, bu ölkədə nefti qara qızıl adlandırırlar.

Ölkələrə görə neftin 1 barelinin hasilat xərci və ümumi dəyəri

1.İngiltərə-17.36$, 44.33$

2.Braziliya-9.45$, 34.99$

3.Nigeriya-8.81$, 28.99$

4.Venesuela-7.94$, 27.62$

5.Kanada-11.56$, 26.64$

6.ABŞ Şəlalə qazı-5.85$, 23.35$

7.Norveç-4.24$, 21.31$

8.ABŞ xam neft-5.15$, 20.99$

9.İndoneziya-6.87$, 19.71$

10.Rusiya-2.98$, 19.21$

11.İraq-2.16$, 10.57$

12.İran-1.94$, 9.09$

13.Səudiyyə Ərəbistanı-3.00$, 8.98$

Kanada və Venesuela coğrafi mövqeyi səbəbilə digər ölkələr kimi neftdən böyük qazanc əldə edə bilmir. Bu ölkələrdə neftin çoxu ağır xam neft və ya yağ qumları olduğu üçün çıxarılmasının baha olduğu deyilir. Braziliya və ABŞ kimi ölkələrdə isə neft xərclərinin çox olması vergi dərəcəsi ilə əsaslandırılır.

Mehman Nəbiyev