Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısındakı əməliyyat gəlirləri 50 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (363 milyon 774 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (314 milyon 759 min manat), “PAŞA Bank” (188 milyon 672 min manat), “Unibank” (72 milyon 921 min manat) və “Xalq Bank” (52 milyon 834 min manat) ASC-lər, “Access Bank” QSC-dir (50 milyon 109 min manat).

Qalan 20 bankdan 16-da əməliyyat gəlirləri 10-50 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.renkinq