Əl yuma virusların yayılmasına qarşı mübarizədə əsas vasitələrdən biridir.

“Sputnik”in xəbərinə görə, allerqoloq-immunoloq Aleksey Bessmertnı müsahibəsində bunun zərərli tərəfinin də olduğunu deyib.

Bildirilir ki, gündə altı-səkkiz dəfədən çox əlləri yuyucu vasitə ilə yumaq dərinin aşılanmasına səbəb olur. Bu zaman infeksiyalardan qoruyan faydalı bakteriyalardan ibarət qoruyucu qat da yuyulur. Bundan əlavə, tez-tez əllərin yuyulması dərini zədələyir, çünki sabun və gel zərərli təsir göstərir.

Allerqoloq sabun əvəzinə antiseptik vasitə və nəm salfetlərdən istifadə ilə də bağlı fikir bildirib:

“Antiseptik vasitələr və nəm salfetlər kiri təmizləmir, əksinə, onun yayılmasına səbəb olur”.