23 iyunda İstanbul Böyük Şəhər Bələdiyyəsinin Sədri seçilən Əkrəm İmamaoğlunun sərvətini açıqlayıb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Ə.İmamoğlunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Ə.İmamoğlunun  4 milyon 841 min TL (835 490 dollar) dəyərində 17 daşınmaz əmlakı mövcuddur.

İstifadə etdiyi "Jeep” markalı avtomobilin qiyməti isə 255 min TL-dir (43 836 dollar). Bundan əlavə İmamoğlunun bank hesabında 1 milyon 397 min TL (240 min dollar) nəğd pulu, 841 min TL (145 145 dolar) dəyərinədə qızıl və brilliantı var. Ə.İmamoğlunun öz şirkətlərinə isə 3 milyon 85 min TL(532 428 dollar) borcu var.

Xatırladaq ki, İmamoğlu seçkidən öncə sərvətini açıqlayacağını bildirmişdi.