Əfqanıstanda koronavirusa yoluxanların sayı 4 033-ə çatıb.

“Report” “TOLO News”a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Səhiyyə nazirinin müavini Vahid Məcro bildirib.

Onun sözlərinə görə, son sutkada 253nəfər koronavirusa yoluxub, pasiyent infeksiyanın qurbanı olub, 29 nəfər isə sağalıb. Ölənlərin sayı 115-ə, sağanların ümumi sayı isə 502-yə çatıb.

V.Məcro 392 tibb işçisinin də yoluxduğunu qeyd edib.

O, bu yaxınlarda koronavirusa yoluxan səhiyyə naziri Ferozuddin Ferozun səhhətinin yaxşılaşdığını bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 276 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.