2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda 7 873,7 ton kərə yağı istehsal edilib.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə istehsal həcmi 0,1% artıb.

Hesabat dövründə duru bitki yağları istehsalı 18 559,6 ton, marqarin istehsalı 15 089,0 ton təşkil edib. Ötən ilki göstəricilər ilə müqayisədə müvafiq olaraq 6,4% artım və 6,1% azalma qeydə alınıb.