Hər il yanvar ayında İsveçrənin Davos şəhərində dünyanın ən nüfuzlu adlarını bir araya gətirən Dünya İqtisadi Forumunda ən varlı insanlarının siyahısın açıqlanıb.
Yeniavaz.com xarici mətbuata istinadən 2000 milyarderin adlarının yer aldığı siyahıdan ilk 10 ən varlı şəxslərin adları və büdcələrini təqdim edir.

1. Ceff Bezos
“Amazon” şirkətinin qurucusu - 2019-cu ildəki sərvəti - 111,5 milyard dollar

2. Bernard Arnault
Fransız “LVMH” şirkətlər qrupu rəhbəri - 2019-cu ildəki sərvəti 109,9 milyard dollar

3. Bill Qeyts
“Microsoft”un həmtəsisçisi - 2019-cu ildəki sərvəti 108,2 milyar dollar

4. Uorren Baffet 
“Berkshire Hathaway” investisiya şirkətinin rəhbəri - 2019-cu ildəki sərvəti-88,8 milyard dollar
 
5. Amansio Orteqa 
“Zara”, “Massimo”, “Dutti”, “Oysho” geyim mağazalarının rəhbəri - 2019-cü ildəki sərvəti- 77,1 millyard  dollar
 
6. Mark Zukerberq 
“Facebook”-un yaradıcısı - 2019-cu ildəki sərvəti-76,3 milyard dollar
 
7. Lari Elison  
“Oracle Corporation” şirkətinin qurucusu - 2019-cü ildəki sərvəti - 66,4 milyard dollar
 
8. Karlos Slim Elu 
Latın Amerikasının ən böyük telekommunikasiya şirkəti olan “America Movil”in tərəfdaşı 2019-cu ildəki sərvəti - 63,5 milyard dollar
 
9. Larri Peyc  
“Google” şirkətinin yaradıcısı - 2019-cu ildəki sərvəti - 61,1 milyard dollar
 
10. Mukeş Ambani 
Hindistanın neft və qaz şirkəti “Reliance Industries”in sədri - 2019-cu ildəki sərvəti - 59,7 milyard dollar
 
Qeyd edək ki, Forbes jurnalının araşdırmasına əsasən siyahında adları qeyd edilən şəxslərin gəliri son 10 ildə 3 dəfə artıb.