Ramazan ayı bütün dünyada gecə ilə gündüzün bərabərləşdiyi martın 20-də yaz bərabərliyi ilə üst-üstə düşdüyü üçün orucluq müddətləri arasındakı fərq 3 saat yarımdan bir qədər çox olacaq. Müsəlmanlar müxtəlif ölkələrdə Ramazan ayına bazar ertəsi, martın 11-i və ya ertəsi gün başlamağa hazırlaşarkən, oruc tutma müddətləri ölkələrin ekvatora yaxınlığına görə dəyişəcək.

İqtisadiyyat.az xəbər verir ki, şimal yarımkürəsində yazın, cənub yarımkürəsində payızın yaşandığı, gecə ilə gündüzün bərabər olduğu martın 20-də yaz bərabərliyi ilə üst-üstə düşən bu Ramazanda qütblərə ən yaxin yaşayış məntəqələrində orucun son gunləri ilə ilk günləri arasında 2 saata yaxın fərq müşahidə olunacaq.

Digər tərəfdən, ekvatora yaxın bölgələrdə Ramazan ayı boyunca orucluq müddəti 13 saatdan bir qədər çox olacaq.

Ən uzun oruc Ramazan ayının mümkün son günü olan aprelin 9-da İslandiyanın Reykyavik şəhərində 16 saat 36 dəqiqə, ən qısa oruc isə eyni gündə Çilinin Punta Arenas və Yeni Zelandiyanın Dunedin şəhərlərində 12 saat 51 dəqiqə olacaq.  Buna görə, bu il dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanların oruc tutma vaxtları arasındakı fərq 4 saatı keçməyəcək.