Yaponiyanın "JR East” dəmir yolu şirkəti dünyada ən sürətli qatar hesab olunan "Alfa-X" qatarını təqdim edib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, qatarın maksimum sürəti saatda 400 kilometrdir. Lakin qatar sərnişinləri daşıyarkən 360 km/saat sürətlə hərəkət edəcək.

Qatarın sərnişinsiz ilk sınaqları artıq həyata keçirilib. 

Şirkət nümayəndələrinin sözlərinə görə müasir standartlara tam cavab verən "ALFA-x" qatarı, təkcə sürəti ilə deyil, həm də rahatlığı ilə diqqət çəkir.