Dünyanın ən nəhəng gəmisi - “Royal Caribbean” ilə tanış olun. Uzunluğu 365 metr, çəkisi 250.800 ton olan bu gəmi “Titanik”dən təxminən beş dəfə ağırdır.

İqtisadiyyat.az xəbər verir ki, Aquapark, boulinq meydançası, otel, 40-dan çox restoran, bar – bunlar hamısı və daha çoxu sadəcə bir gəmidədir.

“Royal Caribbean” 20 göyərtədən ibarətdir və 10.000 nəfəri daşıma gücünə malikdir. Bəziləri onu “Titanik”dən sonra 2-ci bir dəhşət kimi dəyərləndirir.

Gəminin 2024-cü ilə istismara verilməsi nəzərdə tutulur.

Siz də belə bir gəmidə səyahət etmək istərdiniz?

 

 

Sona Gündüz