Dünyanın ən çox ziyarət edilən muzeyi Parisdəki "Luvr" bomba təhlükəsi səbəbilə bir günlük bağlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "BFMTV" kanalı məlumat yayıb.

Bildirilib ki, muzeyin fəaliyyətinin dayandırılması Fransanın terror təhlükəsinin maksimum səviyyəsini elan etməsindən sonra aparılan yoxlama tədbirləri ilə bağlıdır. Bomba xəbəri yayıldıqdan sonra muzeyin qapıları ziyarətçilər üçün bağlanıb.

Məlumata görə, polis sarayı mühasirəyə alıb, araşdırma aparılır.

 

Gözəl Həşimova