Konyanın Qarapınar qəsəbəsində yerləşən, görünüşdən göz muncuğuna oxşayan və 8 min il əvvəl 2 vulkan püskürməsi nəticəsində meydana gələn Meke gölü yerli və xarici turistlərin diqqətini cəlb edir. İqtisadiyyat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, xüsusilə yay aylarında quruyan göl, qışda yağış suları ilə həcmi artır. Konya texniki Universitetinin Geologiya kafedrasının müdiri professor Tahir Nalbəndçilər təbii gözəllik olan bu gölün qorunmalı olduğunu bildirib.

“Meke gölü Konyaya gələn turistlərə təqdim etdiyimiz ilk yerdir. İki vulkan püskürməsi nəticəsində meydana gəlib. İki hissəli olaraq yaranıb. İkinci hissəsi 8 min il öncə gölün ortasında vulkan püskürməsi nəticəsində meydana gəlib. Ətrafı boşdur, yuxarıdan baxanda isə nöqtə şəklində vulkan krateri görünür. Su və ya qarla dolarkən göz muncuğuna oxşayır. Gölün ən bolsulu vaxtında dərinlik 10-12 metr olur. Hazırda bu səviyyə santimetrlə ölçülür. Bölgə türkiyənin ən az yağış düşən bölgəsidir. Quru kontinental iqlimdə yerləşir. Bu səbəbdən gölün ərazisi get-gedə kiçilir, yaxud tamamilə quruyur. Meke gölü dünyada tanınmış geoloji tusitik bölgədir. Ərazini yaşıllaşdırmağa, turistlər üçün daha da əlverişli etməyə çalışmalıyıq”.