Dünyanın ən qədim və ən prestijli dəniz nəşri olan Lloyd's List tərəfindən hazırlanan "Dünyanın Ən Yaxşı 100 Limanı" hesabatında Türkiyədən 4 liman 2022-ci ildə ilk 100 liman arasında yer almağı bacarıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
 
"Dünyanın ən qədim və ən prestijli dəniz nəşri olan Lloyd's List tərəfindən hazırlanan "Dünyanın Ən Yaxşı 100 Limanı" siyahısında Türkiyədən Ambarlı, Kocaeli, Mersin və Tekirdağ limanlarının yer alması Türkiyənin qlobal ticarətdə rolunu gücləndirəcək", - Uraloğlu deyib.

Siyahıda Ambarlı limanı 74-cü, Kocaeli limanı 89-cu, Mersin limanı 92-ci və Tekirdağ limanı 100-cü yerdə qərarlaşıb.