Dünya ölkələrinin tullantıların artmasına təsiri ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, tullantıların çoxalması və çoxalmaya təsir əhalinin sayı ilə əlaqədardır. Buna görə də əhalisinin sayı baxımdan ən çox tullantı böhranına səbəb olan ölkə ABŞ-dır. Çünki burada tullantıların miqdarı əhalinin sayı ilə uyğunlaşmır. Belə ki, təkcə ABŞ dünyadakı tullantı böhranına 12% təsir edir. Amerika əhalisi dünya əhalisinin 4%-i təşkil edir.

İqtisadiyyat.Az-ın dünya mediasına istinadən verdiyi məlumata görə, ən çox tullantı böhranının yaşandığı ölkə isə Çindir. Çinin dünya tullantı böhranına təsiri 15% olaraq göstərilib. Həmçinin Çin əhalisi dünya əhalisinin 19%-i təşkil edir.

Siyahının ikinci hissəsində dünya tullantı böhranına 12% təsir edən Hindistan əhalisi isə dünya əhalisinin 18%-i təşkil edir.

 

Mehman Nəbiyev