Dubay tərkibində 24 karatlıq xalis qızıl olan dünyada ilk əskinası təqdim edib.

İqtisadiyyat.az "Sunlight"ə istinadən xəbər verir ki, bu əskinası Rahul Saqar adlı zərgər hazırlayıb.

Bu əskinas Dubayın məşhur görməli yerlərini nümayiş etdirir. Hər əskinasda 0,1 qram 24 karatlıq qızıl var. Beləliklə, Rahul Saqar Dubayın ilk 24k qızıl suvenir pulunu təqdim edib ki, bu da əmirliyin qiymətli metala olan sevgisini ifadə edir.

Bildirilib ki, bütün pullar kimi, onun da öz seriya nömrəsi var, lakin qanuni ödəniş vasitəsi kimi istifadə olunmur. Tərkibində qızılın minimal olduğu əşyalardan və ya əskinaslardan fərqli olaraq, bu qızıl ləkələnməyəcək və hətta əridikdən sonra da bərpa oluna bilər.

Suvenir əskinasın hər birinin qiyməti 159 dirhəm və ya 43 dollardır.

Qeyd edək ki, əskinasları yalnız “Dian Jewellery” və “Shantilal Jewelers” mağazalarında, həmçinin “Dian Jewellery” saytında onlayn əldə etmək olar.

 

Gözəl Həşimova