“Dünya üzrə bu il humanitar yardıma ehtiyacı olan insanların sayı ötən illə müqayisədə 30% artaraq 360 milyona çatıb”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş qurumun İqtisadi və Sosial Şurasında keçirilən sessiyada çıxışı zamanı bildirib.

“Dünyada məcburi köçkünlərin sayı 110 milyona yüksəlib. Bundan əlavə, 260 milyon insan ciddi qida çatışmazlığı və aclıqla üzləşib. Bunun əsas səbəbi isə həll olunmamış münaqişələr və yeni başlayan müharibələrdir.

COVID-19 pandemiyası dövründə başlayan və Rusiya-Ukrayna müharibəsi ilə daha da ağırlaşan qlobal iqtisadi problemlər ən həssas təbəqəyə ciddi ziyan vurdu. Qlobal humanitar böhran dövrümüzün ən ciddi problemlərinə qarşı birgə hərəkət edə bilməyəcəyimizin sübutudur” , - deyə baş katib vurğulayıb.