Manisada nikahlarını təsdiqlədən bir cütlük, evə döndükdən sonra həyatlarının şokunu yaşadılar. Belə ki, bəy sənədə baxdıqda gəlinin adının yerinə, qayınatasının adının yazıldığını görüb. Rəsmi olaraq qayınatası ilə evləndiyi görən bəy, həyat yoldaşı ilə birgə nikah dairəsinə üz tutub.

İqtisadiyyat.Az türk mediasına istinadən bildirir ki, Dənizlidə yaşayan Zəkəriyyə Qaradaş (35), bir gün əvvəl nişanlısı Gülşah Yılmaz (25) ilə evlənmək üçün Soma Bələdiyyəsi Nikah Bürosuna gedib. Ailə daxilində keçirilən mərasimlə cütlük dünya evinə girib. Böyük sevinc içərisində evlərinə gedən cütlük sənədə baxandan sonra şoka düşüblər. Bəy Zəkəriyyə Qaradaş, nikah sənədində həyat yoldaşının adının yazıldığı hissədə qayınatası Müzəffər Yılmazın (56 yaş) adının yazıldığını görərkən gözlərinə inana bilməyib. Bunu başa düşməyən cütlük vəziyyəti ailə üzvlərinə də deyiblər. Xeyli zarafata tuş gələn cütlük yanlışlığın düzəldilməsi üçün təkrar nikah bürosuna üz tutdular

Bəlkə də dünyada qayınatası ilə nikahlı ilk adamam

“Rəsmi şəkildə qayınatanızla evlisinizmi” sualına bəy belə cavab verib: “Hazırda qayınatamla evli olduğun görünür. Səbəbi də nikah dəftərində o cür yazılmasıdır. Bir-iki gün ərzində təbii ki, baş verən yanlışlıq düzəldiləcək. İnşAllah rəsmi qeydiyyatda o cür əks olunmayıb. O zaman hadisə boşanmağa doğru gedəcək. Çünki biz nəsə bilmirik, araşdıracağıq. İlk görəndə qayınatam da özünü itirdi. Çünki bəlkə də dünyada ilk qayınatası ilə nikah qıyılan bir insanam. Nikah bürosuna gedib rəsmi qeydiyyatda bu cür olamdığını gördük. İlk olaraq qayınatama dedik, o, da rahat oldu. Düzdür sevindik, amma çox qorxduq”.

Ağlagəlməz olay səbəilə müraciət etmiş cütlüyün bu problemini həll etmək üçün nikah bürosu, lazımlı bütün işlərə başlayıb.