Dünyada aviaşirkətlərin gəliri bu il 30,5 milyard dollara çata bilər.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) qlobal hava nəqliyyatı sənayesinin maliyyə vəziyyəti ilə bağlı hesabatını dərc edib.

Hesabatda hava yolları şirkətlərinin mənfəət gözləntiləri ötən ilin dekabr ayı proqnozu olan 25,7 milyard dollardan 30,5 milyard dollara yüksəldilib. Çünki hava yolu şirkətləri son tətillərə baxmayaraq, xüsusilə Avropada əsas əmək xərclərini nəzarət altında saxlayıb.

Hava daşımalarında şirkətlərin gəlirlərinin keçən ilə görə 9,7% artacağı və 996 milyard dollarla rekord qıracağı proqnozlaşdırılır. Bundan əlavə, bu il ümumi hava yüklərinin həcminin 62 milyon tona yüksələcəyi proqnozlaşdırılıb.

Hesabatda bu il ümumi sərnişin sayının 4,96 milyarda çataraq rekord qıracağı da gözlənilir.

 

Gözəl Həşimova