Dünyada bütün insanlar müəyyən yaşadək əmək fəaliyyəti ilə məşğul olduqdan sonra təqaüdçü olurlar. Həmin yaş həddi isə hər bir ölkədə müxtəlifdir. Bəzi ölkələrdə yaş həddi aşağı olsa da, bəzi ölkələrdə yuxarıdır. İqtisadiyyat.Az xarici mediaya istinadən bir neçə ölkədə pensiyanın yaş həddini oxucularına təqdim edir.

Pensiyaların təyin olunması üçün ən yuxarı hədd Cənubi Koreyada tətbiq olunur. Belə ki, bu ölkənin təqaüdçüləri 72 yaşda əmək fəaliyyətlərinə son qoyaraq, pensiyaya çıxırlar.

Meksika və Yaponiyada bu hədd 69-dur. İslandiya 68, İsrail və Yeni Zelandiya əhalisi 67 yaşında pensiya təyinatı alır. Portuqaliya, ABŞ və İrlandiyada pensiyanın yaş həddi 66 olaraq təyin olunub.

Ruminya və İsveçrədə 65, Kanada və Çində yaş həddi 64 nəzərdə tutulub. İngiltərə 63, Finlandiya 62, Polşa 61 yaş olmaqla siyahıda bir-birilərini izləyirlər. Fransa, Belçika və Cənubi Afrika əhalisi 60 yaşında əmək fəaliyyətindən azad olunub təqaüdlü həyata başlayırlar.

Həmçinin qardaş Türkiyədə də bu göstərici kişilər üçün 60, qadınlar üçün 58 olaraq nəzərdə tutulub. Siyahıda ən aşağı yaş həddinin olduğu ölkə Avstraliyadır. Bu ölkədə 54 yaş təqaüd yaşı kimi təsdiqlənib.