Dünya Bankı 2023-cü il üçün qlobal artım proqnozunu 1,7 faizdən 2,1 faizə yüksəldib. 

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki,   Dünya Bankı ötən gün  Qlobal İqtisadi Görünüş hesabatını açıqlayıb. 

Hesabata görə,  Dünya Bankı artım proqnozunda dəyişiklik edib.  Dünya Bankı sərt pul siyasətinin davam edən təsirlərini, xüsusən də biznes və yaşayış investisiyalarının azaldılmasını əsas gətirərək  2024-cü il üçün qlobal artım proqnozunu yanvarda 2,7 faizdən 2,4 faizə endirib. 2025-ci il üçün qlobal artım proqnozunu isə 3 faiz olaraq açıqlayıb.

 Türkiyə iqtisadiyyatının 2023-cü ildə 3,2 faiz, 2024 və 2025-ci illərdə isə orta hesabla 4,2 faiz böyüməsinin gözləndiyi açıqlanıb. Bu isə onu göstərir ki, Dünya Bankı Türkiyə üçün artım proqnozunda dəyişiklik etməyib.