2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə ümumi daxilolmalar 164 milyon manat, qurumdan ümumi xaricolmalar isə 136 milyon manat təşkil edib.

İqtisadiyyat.az bu barədə agentliyə istinadən xəbər verir.

Bu il yanvarın 1-nə Dövlət Məşğulluq Agentliyinin aktivləri 102,7 milyon manat, o cümlədən nağd pul vəsaitləri 67,1 milyon manat təşkil edib. Qurumun öhdəlikləri 0,5 milyon manat, balans kapitalı isə 102,2 milyon manat, o cümlədən ümumi fondu 97,2 milyon manat olub.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi 2019-cu ildə Dövlət Məşğulluq Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Agentlik əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurumdur.

Bizim Telegram kanalımıza abunə olun