Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Komitəsinin Aparatının Regional mərkəzlərlə iş şöbəsinin müdiri və Aparatın Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri kollegiyanın üzvləri sırasından çıxarılıb.

Bununla da kollegiya üzvlərinin sayı 13-dən 11 endirilib.

Qərara uyğun olaraq, Dövlət Komitəsinin sədri Kollegiyanın sədri kimi müəyyənləşdirilib.

Bundan əlavə, sədrin müavinləri, Aparatın rəhbəri, Ailə məsələləri şöbəsinin müdiri, Qadın və gender məsələləri şöbəsinin müdiri, Uşaq məsələləri şöbəsinin müdiri, Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri, Hüquqi-təminat şöbəsinin müdiri, Analitik təhlil və informasiya şöbəsinin müdiri və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri kollegiyanın üzvləri sırasında qalıb.