"Birləşmiş Ştatlar Qəzza zolağında humanitar fasilə ilə bağlı yeni razılaşmalara nail olmaq üçün müxtəlif kanallar vasitəsilə danışıqlar aparır və yeni atəşkəs əldə etməyə çalışır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Biz girovların azad edilməsinə imkan verəcək yeni humanitar fasilə əldə etmək istərdik. Birinci fasilə ABŞ-nin əsas prioriteti idi. Ona görə də biz müxtəlif kanallar vasitəsilə atəşkəsi yeniləməyə çalışırıq", - Miller bildirib.