ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında etdiyi paylaşımda, faiz göstəricilərini azaltmadığı üçün tənqid etdiyi ABŞ Mərkəzi Bankına (FED) xitabən, “Böyük bir fürsəti əldən verdilər. Bir daha bu fürsəti itirmək olmaz” çağırışı edib.

İqtisadiyyat.Az xarici mediaya istinadla bildirir ki, FED-in faizləri çox sürətlə və göstərici ilə artırdığını deyən Tramp, FED-in siyasətini pisləyərək, “İqtisadiyyatdakı faiz göstəriciləri çox aşağıdır. Ölkənin Ümumdaxili Hasilatı və varlıqları çox yüksək olmalıdır” deyib.

Faiz endiriminin “çox xərcsiz” və “məhsuldar” olacağını deyən Tramp açıqlamasına bu cür davam edib: “İnflyasiya bu qədər aşağı olduğu halda, ölkəmiz səhv yürüdülən FED siyasəti ucbatından, vətəndaşlarına digər ölkələrə görə yüksək faiz ödədir. Buna uyğun olaraq kəmiyyət məhdudiyyətlərinin davam etməsi ölkəmizin rəqabətçiliyini çətinləşdirir. Bu zamana qədər etdiklərimizin daha yaxşısını edə bilərdik. İqtisadiyyatın pisləşməyə doğru getdiyi  dövrdə faizləri aşağı salması çox xərc tələb edəcək”.

 

Mehman Nəbiyev