Lənkəranda diş həkimi bıçaqlanıb.

İqtisadiyyat.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhər sakini Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi,1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb.

Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.