Bir ildir Adanadakı tarlalarda işləyən Siddiqə məktəbə getmək və müəllim olmaq istəyir.

İqtisadiyyat.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, Adanada soğan yığımı başlayıb. Kənd təsərrüfatı işçiləri min əməklə soğanlarını satış üçün yığdıqları halda, məktəb yaşlı uşaqlar maddi çətinliklərdən yana tarlalarda ailələri ilə işləyib, oxuya bilməməklərindən şikayət edirlər.

Maddi çətinliklər səbəbilə həyat yoldaşı və 4 uşağı ilə soğan sahələrində çalışmaq üçün Şanlıurfadan gələn İbrahim Bal “Heç bir gəlirimiz yoxdur, uşaqlarımın hamısı şagirddir, amma onları məktəbdən çıxarmaq məcburiyyətində qaldım.Neyləyim, evdə qalsam ac qalarlar.  Gündə 50-100 TL arasında nə versələr alırıq. Uşaqlarımla birgə mübarizə aparırıq. Uşaqlar məktəbə getmək istəyir, amma maliyyə vəziyyətimiz yaxşı olmadığı üçün bir şey edə bilmirik. Əvvəl şagird maaşı alırdılar. O da kəsildi. Bura 4 uşağım və həyat yoldaşımla gəlmişəm. Uşaqların toplamağa gücü çatmır. Çox az işlər görürlər. Evdə tək qalmaları da mümkün deyil. Məcbur yanımızda gətiririk” deyə bildirib.

Bacısı kimi məktəbə getmək əvəzinə, sahədə işləməyə gələn 8 yaşlı İsa Bal, “mən bura işləmək üçün gəldim. 2-ci sinifdə oxuyurdum. Amma işləməyə gəldiyim üçün dərsə getmədim. Burada soğan yığırıq. Məktəbə getmək istəyirəm” söyləyib.