Hindistanda əczaçılıq fabrikində iki reagentin qarşılıqlı təsiri nəticəsində partlayış baş verib.

İqtisadiyyat.az xəbər verir ki, partlayışdan sonra fabrikdə yanğın başlayıb. Ümumilikdə 35 nəfərin olduğu fabrikdə 28 işçi təhlükəli vəziyyətdə qalıb.

Şəhər polisinin verdiyi məlumata görə, iki nəfər hadisə yerində həyatını itirib, beş nəfər isə ağır yaralanıb. Əraziyə çoxlu sayda təcili yardım və yanğınsöndürən briqadası cəlb edilib.
Xilasedicilər yaralıları xəstəxanaya çatdırıb. Onların müalicəsi davam etdirilir.

Dərman fabriki isə yanğının təsiri ilə yararsız hala düşüb.