Danimarkada etirazçılar İraqın Kopenhagendəki səfirliyi qarşısında Quranı yandırıblar.

İqtisadiyyat.az bu barədə Reuters-ə istinadən xəbər verir.

Özlərini “Danimarka Vətənpərvərləri” adlandıran bir qrup etirazçı artıq ötən həftə də oxşar aksiya keçirib və bunu Facebook-da canlı yayımlayıb.

Daha sonra Danimarka Xarici İşlər Nazirliyi Kopenhagendə Quranın yandırılmasına reaksiya verərək, aksiyanı pisləyib. Departament nümayəndələri baş verənləri tənqid edərək, etiraz hüququnu dəstəklədiklərini, lakin bunun dinc şəkildə davam etməli olduqlarını vurğulayıblar.

Xatırladaq ki, iyunun 28-də İsveç polisi müsəlmanların Qurban bayramının ilk günü Stokholmun əsas məscidində Quranın yandırılması ilə nümayişin keçirilməsinə icazə verib. Aksiyadan sonra Bağdadda yüzlərlə etirazçı İsveç səfirliyinə basqın edərək yandırıb, səfirliyin əməkdaşlarından heç biri xəsarət almayıb.